Modern.az

Lerikdə "Niva" ağaca çırpılıb - Xəsarət alanlar var

Lerikdə "Niva" ağaca çırpılıb - Xəsarət alanlar var

Hadisə

13 İyul 2024, 08:50

Lerikdə "Niva" markalı avtomobil idarəetməni itirərək ağaca çırpılıb.

 

Modern.az APA-ya istinadən məlumat verir ki, axşam saatlarında Lerik rayonunun Rəzəvül kəndində, "meşə yolu" deyilən ərazidə qəza hadisəsi baş verib.

 

Nəticədə avtomobildə olan iki nəfər Lerik rayonunun Rəzəvül kənd sakinləri 1950-ci il təvəllüdlü Kamal Balamirzə oğlu Kazımov və 1951-ci il təvəllüdlü Balabəy Əzim oğlu Həmidov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar.

 

Hər iki şəxsə ilkin tibbi yardım göstərilib. Vəziyyəti ağır olan K.Kazımov reanimasiya şöbəsinə yerləşdirilib. Digər xəstənin müalicəsi müvafiq şöbədə davam etdirilir.

Sizə yeni x var
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB