Modern.az

Təmir işləri aparan usta 5-ci mərtəbədən yıxıldı

Təmir işləri aparan usta 5-ci mərtəbədən yıxıldı

Hadisə

3 Avqust 2024, 16:30

Mingəçevirdə təmir işləri aparan 24 yaşlı usta 5-ci mərtəbədən yıxılıb.

 

Modern.az-ın məlumatına görə, hadisə şəhərin Nizami küçəsi 12 ünvanında yerləşən binada baş verib.

 

Binada təmir işləri aparan 2000-ci il təvəllüdlü Veyisov Elvir Vüqar oğlu ehtiyatsızlıq nəticəsində sürüşərək beşinci mərtəbədən yerə çırpılıb.

 

Müxtəlif dərəcəli bədən xəsarətləri alan usta təcili xəstəxanaya çatdırılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB