Modern.az

“Qarabağ” qalib gəldi - VİDEO (YENİLƏNİB)

“Qarabağ” qalib gəldi - VİDEO (YENİLƏNİB)

İdman

16 Fevral 2023, 23:41

UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində keçirilən “Qarabağ” – “Gent” görüşü başa çatıb.

 

Modern.az xəbər verir ki, maraqlı anlarla yadda qalan qarşılaşma Ağdam klubunun 1:0 hesablı qələbə ilə yekunlaşıb. Görüşdə yeganə qolu 78-ci dəqiqədə Leandro Andrade vurub.

 

Qeyd edək ki, cavab qarşılaşması fevralın 23-də Belçikada təşkil olunacaq.

 

***

"Qarabağ" və "Gent" klubları arasında keçirilən görüşdə hesab açılıb.

 

Modern.az xəbər verir ki, matçın 78-ci dəqiqəsində Ağdam komandasının yarımmüdafiəçisi Leandro Andrade adını qol siyahısına yazdırıb.

 

 

***

 

UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində Bakıda “Qarabağ” və “Gent” komandaları arasında keçirilən oyunun ikinci hissəsi davam edir.

 

Görüşdə hələ hesab açılmayıb.

 

Matçın 51-ci dəqiqəsində "Qarabağ" klubu penalti qazanıb. Lakin Ramil Şeydayev 11 metrlik cərimə zərbəsini rəqib qapısından keçirə bilməyib.

 

 

***

“Qarabağ” və Belçikanın “Gent” komandaları arasında keçirilən oyunda birinci hissə başa çatıb.

 

Modern.az xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən matçın ilk hissəsində hesab açılmayıb.

 

Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüşü Məhəmməd Al-Hakimin başçılıq etdiyi isveçrəli hakimlər briqadası idarə edir.

***

"Qarabağ" və "Gent" komandaları arasında UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu başlayıb.

 

Modern.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma saat 21:45-də start götürüb.

 

Görüş Türkiyə və Suriyada baş vermiş zəlzələdə dünyasını dəyişənlərin xatirəsinə sayğı əlaməti olaraq 1 dəqiqəlik sükutla başlayıb. 

 

***

20:40

 

Bakıda UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda üz-üzə gələcək "Qarabağ" və Belçikanın "Gent" klubunun start heyətləri açıqlanıb.

 

Modern.az xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

 

"Qarabağ": 23. Luka Quqeşaşvili. 6. Julio Romao, 8. Marko Yankoviç, 9. Musa Qurbanlı, 10. Abdullah Zubir, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev

 

Ehtiyar oyunçular: 89. Amin Ramazanov, 94. Ayhan Arazlı, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 7. Yassin Benzia, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 20. Riçard Almeyda, 27. Toral Bayramov, 87. Adama Diakabi, 99. Redon Cica

 

Baş məşqçi: Qurban Qurbanov

 

"Gent": 33.Deyvi Rof, 2.Cozef Okumu, 5.Mişel Nqadye-Nqacui, 7.Xönseok Xon, 11.Uqo Kuypers, 13.Jülyen De Sart, 14. Alessio Kastro-Montes, 20. Villi Orban, 23.Cordan Torunariqa, 24.Sven Kums, 31.Bruno Qodo

 

Ehtiyat oyunçular: 1.Pol Nardi, 10.Yens Petter Hauge, 17.Endryü Hülsager, 19.Malik Fofana, 22.Süleyman Marre, 25.Nurio Fortuna, 29.Loran Depuatr

 

Baş məşqçi: Heyn Vanhazebruk

 

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 21:45-də başlayacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var