Modern.az

Musa Qurbanlı yenidən "Qarabağ"da

Musa Qurbanlı yenidən

İdman

14 İyun 2024, 19:33

"Qarabağ" komandası yeni mövsüm üçün ikinci transferini reallaşdırıb.

 

Klubun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, hücumçu Musa Qurbanlı heyətə cəlb olunub.

 

22 yaşlı forvardla üç illik müqavilə imzalanıb. İsveçin “Yurqorden” klubundan transfer olunan futbolçu 2027-ci ilin yayına qədər komandada çıxış edəcək.

 

Qurbanlı peşəkar karyerasına “Qarabağ”da başlayıb. O, 2019-2020-ci illərdə "köhlən atlar"ın formasını geyinib. Oyunçu 2021-ci ilin ilk yarısında icarə əsasında “Zirə”də çıxış edib. 2021-ci ilin iyunundan "Qarabağ"ın uğurları üçün çalışan Musa 2023-cü ilin yayında Ağdam təmsilçisindən İsveç klubuna transfer edilib.

 

Qeyd edək ki, Musa Qurbanlı Azərbaycan milli komandasında 14 oyunda 3 qol vurub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Çəkiliş qrupumuz Kəlbəcərdə çətin anlar yaşadı