Modern.az

AVRO-2024-də final matçını idarə edəcək hakim açıqlandı

AVRO-2024-də final matçını idarə edəcək hakim açıqlandı

11 İyul 2024, 14:24

Almaniyada təşkil olunan Avropa çempionatının final matçını idarə edəcək hakim müəyyənləşib.

Modern.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

İspaniya və İngiltərə komandaları arasındakı görüş fransalı Fransua Leteksyeyə tapşırılıb.

Qeyd edək ki, iyulun 14-də Berlində keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri