Modern.az

“Paris-2024”də uğurlu nəticə qazanmaq istəyirəm - Hacı Əliyev

“Paris-2024”də uğurlu nəticə qazanmaq istəyirəm - Hacı Əliyev

15 İyul 2024, 21:12

“Paris-2024” Yay Olimpiya Oyunlarına çox az vaxt qalıb. Qubadakı hazırlıqdan sonra birbaşa Fransaya yollanacağıq”.

 

Modern.az xəbər verir ki, bu sözləri “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanan, Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev jurnalistlərə açıqlamasında deyib.

 

65 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı xırda zədələr olmasına baxmayaraq, hədəfinin Olimpiadada uğurlu çıxış etmək olduğunu bildirib: “Azərbaycana gözəl nəticələrlə qayıtmaq istəyirik. Olimpiya lisenziyası qazanan idmançıların bu cür xoş tədbirə dəvət olunması sevindirici haldır. Biz daha da məsuliyyətli oluruq”.

 

33 yaşlı idmançı “Paris-2024” Yay Olimpiya Oyunlarının karyerasının sonuncu yarışı olacağını vurğulayıb: “Əlbəttə, son yarışdır, həyəcanlıyam, uğurlu nəticə qazanmaq istəyirəm. Ancaq indiyədək əldə etdiyim medallar da göz önündədir. Üçüncü dəfə Olimpiadada çıxış edəcəyəm. Getdiyimiz yarışlarda özünəinam olmalıdır. Bu, əsas motivasiya mənbəyidir”.

 

Qeyd edək ki, Azərbaycanı Paris Olimpiadasında 48 idmançı 15 idman növü üzrə 17 proqramda təmsil edəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri