Modern.az

Şahrudin rəsmən "Qarabağ"da - FOTO

Şahrudin rəsmən "Qarabağ"da - FOTO

18 İyul 2024, 12:36

“Qarabağ” yeni mövsüm üçün növbəti transferini reallaşdırıb.

 

Klubdan Modern.az-a verilən məlumata görə, Ağdam təmsilçisi Azərbaycan millisinin qapıçısı Şahrudin Məhəmmədəliyevi heyətinə cəlb edib.

 

Tərəflər arasında 1 illik müqavilə imzalanıb. Ötən mövsümdə Türkiyənin “Adana Demirspor” klubunun formasını geyinən oyunçu 2025-ci ilin yayına qədər “Qarabağ”da çıxış edəcək.

 

Ş.Məhəmmədəliyev 2016-2024-cü illərdə də Ağdam klubunun şərəfini qoruyub. O, 2024-cü ilin yayında “Qarabağ”dan Türkiyə klubuna transfer edilib. Qolkiper “Qarabağ”da 7 dəfə Azərbaycan çempionu olub, 3 dəfə ölkə kubokunu qazanıb.

 

Qeyd edək ki, Şahrudin Məhəmmədəliyev Azərbaycan milli komandasında 29 oyun keçirib.

 

1365264

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri