Modern.az

10 övlad, 40 nəvə, 75 nəticə, 13 kötükcə - 99 yaşlı nənənin 8 mart hədiyyəsi 

10 övlad, 40 nəvə, 75 nəticə, 13 kötükcə - 99 yaşlı nənənin 8 mart hədiyyəsi 

7 Mart 2023, 16:12

8 mart Beynəlxalq Qadınlar günü ərəfəsində işğaldan azad olunmuş Cəbrayıl rayonunun ən uzunömürlü qadını Qızbəs Qurban qızı Neciyeva ziyarət olunub.

Modern.az saytı xəbər verir ki, Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva və İcra hakimiyyətinin məsul əməkdaşları 8 Martla əlaqədar Böyük Mərcanlı kənd sakini, 99 yaşlı Qızbəs nənəni evində ziyarət ediblər.

Səmimi görüş zamanı nənəni Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənovun adından təbrik edib, xoş arzularını çatdırıblar.

Rayonun ən uzunömürlü qadını Qızbəs nənənin 10 övladı, 40 nəvə, 75 nəticə, 13 kötükcəsi var.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü