Modern.az

Tarantino karyerasının sonuncu filmini çəkir

Tarantino karyerasının sonuncu filmini çəkir

Mədəni̇yyət

15 Mart 2023, 15:54

Məşhur amerikalı rejissor və prodüser Kventin Tarantino karyerasının sonuncu filminin çəkilişlərini başlamağı planlaşdırır.

 

Modern.az xəbər verir ki, bu barədə "Variety" nəşri yazıb.

 

Bildirilir ki, 60 yaşlı rejissor böyük ehtimalla karyerasının sonuncu əsəri olacaq filmin ssenarisini yekunlaşdırmaq üzrədir. Filmin çəkilişlərinin payız aylarında başlaması planlaşdırılır.

 

"The Movie Critic” adlı filmdə hadisələr 1970-ci illərin sonunda Los-Ancelesdə cərəyan edir.

 

2018-ci ildə Tarantino 60 yaşında karyerasını baş vuracağını açıqlamışdı. Bu il 60 yaşı tamam olan rejissor "Kriminal qiraət" (Pulp Fiction), "Billi öldürmək" (Kill Bill), "Bir vaxtlar Hollivudda" (Once Upon a Time … in Hollywood) kimi məşhur filmləri ekranlaşdırıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi