Modern.az

Macarıstanda növbəti Hun-Türk Qurultayının rəsmi açılış mərasimi 

Macarıstanda növbəti Hun-Türk Qurultayının rəsmi açılış mərasimi 

Mədəni̇yyət

11 Avqust 2024, 09:05

9-11 avqust tarixində Macarıstanın Buğac şəhərində baş tutacaq növbəti Hun-Türk Qurultayının rəsmi açılış mərasimi  keçirilib. 

 

Modern.az xəbər verir ki, qurultayda Azərbaycanı "Azərbaycan Diasporuna Dəstək Fondu" təmsil edir. 

 

Macarıstanın Parlamentində baş tutan açılış mərasimini Macarıstan Parlamentinin vitse-spikeri Sandor Lezsak açaraq qonaqları salamladı, Qurultayın türk dünyasında birlik və bərabərliyin yaradılmasındakı roluna toxundu. Daha sonra Türk Dövlətləri Təşkilatının Baş Katibi fövqəladə və səlahiyyətli səfir Kubanıçbek Ömüraliyev, TurkPA Baş katibi Mehmet Sureyya Er, TURKSOY başkanı Sultan Raev, Qazaxıstanda fəaliyyət göstərən Türk Akademiyasının rəhbəri, akademik Şahin Mustafayev, Özbəkistan və Qazaxıstan Respublikalarının Mədəniyyət nazirlərinin müavinləri çıxış edərək qonaqları salamlayıb, türk dünyasında birlik və bərabərliyin önəmini toxundular. Azərbaycan nümayəndə heyəti adından Fondun icraçı direktoru Əkrəm Abdullayev çıxış edib. İştirakçıları salamlayan Əkrəm Abdullayev türk dünyasının birlik və bərabərliyi yolunda Qurultayın rolundan danışıb, əhəmiyyətini vurğulayıb. Əkrəm Abdullayev çıxışını çuvaş türklərinin məqsəd və məramımızı ifadə edən marağlı bir ifadəsi ilə tamamlayıb: “Epir pulna, pul, pulatpr”. Yəni “Var olmushuq, variq, var olacağıq”. 
Buğacda keçiriləcək  IX Qurultayda Fondun Dəstəyi ilə Qurultay tarixində ilk dəfə Azərbaycan çadırı (yurd yeri) qurulacaqdır.

 

Qurultayda Azərbaycan mədəniyyətinin ayrılmaz parçası olan xalçaların sərgilənməsi, xalq və aşıq sənətinin, həmçinin milli rəqslərimizn təbliği nəzərdə tutulub. 


Qeyd edək ki, Hun-Türk Qurultayı hər iki ildən bir təşkil olunur. Qurultayın məqsədi türk xalqlarının və onların diaspor təşkilatları arasında birliyinin yaranması üçün böyük işlər görmək, türk dünyası nümayəndələrinin bir araya gətirilməsi və onların milli mədəniyyət nümunələrinin nümayiş etdirilməsidir. 

 

3 gün gün davam edəcək qurultayda 300 mindən çox insanın iştirakı gözlənilir.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
PUTİN RAZILAŞDI, UKRAYNA ÖZ TƏKLİFİNDƏN İMTİNA ETDİ