Mayın 13-da İstanbulda Türk Dövlətləri Təşkilatının baş katibinin müavini Qismət Gözəlovun sədrliyi ilə təşkilatın Media və İnformasiya üzrə İşçi Qrupunun 9-cu iclası öz işinə başlayıb.
Modern.az xəbər verir kİ, iclasda Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov da iştirak edir.
İclas zamanı TDT-a üzv dövlətlərin Media və İnformasiya sahəsi üzrə məsul nazirlərin və yüksək vəzifəli rəsmilərinin sabah, 14 may 2022-ci il tarxidə keçiriləcək 4-cü Toplantısının gündəliyində olan məsələlər müzakirə olunacaq.