Modern.az

Cəmiyyət Zaur Kamalı qınayır - Rəsmi qurum “Pozuntu yoxdur” deyir

Cəmiyyət Zaur Kamalı qınayır - Rəsmi qurum “Pozuntu yoxdur” deyir

30 İyun 2022, 14:00

Ötən gün ARB telekanalında Zaur Kamalın müəllifi olduğu "Həmin Zaur" verilişində əslən Cənubi Azərbaycandan olan məşhur müğənni Afşin Azəri ilə mübahisə edərək, onu efirdən qovması əksər izləyicilərin etirazına səbəb olub.

 

Məsələ ilə bağlı Modern.az-a açıqlama verən Audivizual Şuranın Aparat rəhbəri Fazil Novruzov hesab edir ki, burada qanun pozuntusu faktı yoxdur.

 

“Bu aparıcının özünün müstəqilliyidir. Aparıcı, proqram, kanal kimi istəsə efirə çağırmaqda, onu efirdən uzaqlaşdırmaqda sərbəstdir. Burada qanun pozuntusu yoxdur. Əgər qanun pozuntusu olsaydı, monitorinq qrupumuz onu qeydə alıb, bizə bildirərdi. Həmin məqam cəmiyyətin narazılığına səbəb ola bilər, amma istənilən halda burada norma xaricində bir şey yoxdur”, - deyə Aparat rəhbəri müzakirələrə səbəb olan olaya münasibət bildirib.

 

Qeyd edək ki, ARB telekanalının mətbuat katibi Mail Əsgərov Modern.az-a açıqlamasında məsələ ilə bağlı araşdırma aparıldığını bildirib.

 

Həmçinin oxuyun: 

ARB qonağı efirdən qovan tanınmış aparıcı ilə bağlı QƏRAR VERƏCƏK

 

Elmar Hüseynov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya dəhşətli hava hücumu - Ərazilər 5 istiqamətdən vuruldu