Modern.az

Mətbuat Şurasında yeni TƏYİNAT

Mətbuat Şurasında yeni TƏYİNAT

Media

2 Noyabr 2022, 11:06

Azərbaycan Mətbuat Şurasında yeni təyinat olub.

 

Modern.az xəbər verir ki, Fəridə Ağazadə Mətbuat Şurasının icraçı katibinə müavin təyin edilib.

 

F.Ağazadə təyinatı təsdiqləyərək bunları deyib:

 

"Bu gündən fəaliyyətimi Azərbaycan Mətbuat Şurasında icraçı katibin müavini kimi davam etdirəcəyəm. Mənim üçün böyük etimaddır. İnanıram ki, bu etimadı layiqincə doğuruldacağam".

 

Qeyd edək ki, bu il sentyabrın 24-də Azərbaycan jurnalistlərinin VIII qurultayı keçirilib. Rəşad Məcid MŞ-nın yeni sədri seçilib, həmçinin İdarə Heyətinin yeni tərkibi formalaşdırılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu