Modern.az

Ələkrəm Hümmətovdan müsahibə alan jurnalist: Məni evinə çağırmışdı, gərək gedəydim\"

Ələkrəm Hümmətovdan müsahibə alan jurnalist: “Məni evinə çağırmışdı, gərək gedəydim\

22 Dekabr 2022, 17:30

“Ələkrəm Hümmətovdan dəfələrlə müsahibə götürmüşəm. Məni öz evinə dəvət etmişdi. Təəssüf ki, Niderland tərəfə yolum düşmədi. Gərək gedəydim. Tarix üçün bir şeylər yazmaqda həmişə fayda var...”.

Modern.az-ın məlumatına görə, bunu İsveçrədə yaşayan azərbaycanlı jurnalist Elbəyi Həsənli vaxtilə Azərbaycanda separatçılıq etmiş Ələkrəm Hümmətovun ölümündən danışarkən deyib.

“Şübhəsiz ki, özünü "Talış-Muğan Respublikası"nın prezidenti elan etmiş Ələkrəm Hümmətov Azərbaycana xəyanət etmiş adamdır. Buna baxmayaraq, mən öz payıma ona hər şeyi bağışlayardım. Ancaq...

2013-cü ildə Ələkrəm Hümmətov İrəvan Dövlət Universitetinin iranşünaslıq kafedrasında "talışşünaslıq" proqramının açılış mərasimində iştirak etdi. Dağlıq Qarabağa gedərək "Artsax Universiteti"ndə mühazirə oxudu. Erməni separatizminə açıq və birmənalı şəkildə dəstək verdi. Ermənistan tele-məkanında ulduza döndü. Azərbaycanın əleyhinə ən yaramaz ittihamlar səsləndirdi...”, - deyə jurnalist bildirib.



Elbəyi Həsənlinin sözlərinə görə, belə şeyləri heç cür bağışlamaq olmaz.

“Bütün bunlara baxmayaraq mən öz payıma Allahdan ona rəhmət diləyirəm. Gərək belə pis işlər etməyəydi…”.

Ələkrəm Hümmətov 1992-1993-cü illərdə Azərbaycan müdafiə nazirinin müavini olub. Bu vəzifədə işləyərkən o, ölkədə mövcud olan gərginlikdən sui-istifadə edib. Belə ki, 1993-cü ildə qondarma “Talış-Muğan Respublikası” adlı qurum yaratdığını elan edən Ə.Hümmətov separatçılıq fəaliyyəti göstərib.

Separatçılığa görə həbs olunan Ə.Hümmətov Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 fevral 1996-cı il tarixli hökmü ilə ölüm cəzasına məhkum edilb.

Azərbaycanda ölüm hökmü 1998-ci il fevralın 10-da ləğv edilib. O vaxta qədər ölüm hökmünə məhkum edilmiş, lakin cəzaları icra olunmamış 128 nəfərin həyatı bağışlanıb və onların cəzası ömürlük həbslə əvəzlənib.

Beləliklə də sabiq müdafiə naziri Rəhim Qazıyev, eks-baş nazir Surət Hüseynov, keçmiş kənd təsərrüfatı naziri Müzamil Abdullayev, keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinin Qazax bölməsinin komandiri Elçin Əmiraslanov kimi məşhurlarla yanaşı, özünü qondarma "Talış-Muğan Respublikası"nın rəhbəri elan etmiş Ələkrəm Hümbətov güllələnməkdən xilas olub.

Prezident İlham Əliyevin 3 sentyabr 2004-cü il tarixli 119 nömrəli fərmanı ilə bir qrup məhkum əfv olunub ki, onların arasında Ə.Hümmütov da olub.

Ə.Hümmətov həbsdən buraxılandan sonra, 2004-cü ildə Niderlanda mühacirət edib və oradan Azərbaycana qarşı qərəzli fikirlər səsləndirib.

O, 2005-ci ildə Azərbaycan vətəndaşlığından çıxarılıb.

Ə.Hümmətov bu gün – 22 dekabr 2022-ci il tarixində ölüb.

A.Qorxmaz

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir