Modern.az

Anar Cəbrayıllının müavini işdən çıxdı

Anar Cəbrayıllının müavini işdən çıxdı

30 İyul 2024, 12:14

Əvvəllər "Azərsu" Açıq Səhmdar Cəmiyyətində, son vaxtlar isə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətində mətbuat katibinin müavini postunda çalışan jurnalist Neman Səfərəliyev vəzifəsinən ayrılıb.

 

Modern.az xəbər verir ki, bu barədə onun özü bildirib:

 

“13 il çalışdığım "Azərsu" Açıq Səhmdar Cəmiyyəti, daha sonra İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətində fəaliyyətimi başa vurdum. Bu müddətdə həm su təsərrüfatı sektorunda, həm də media ilə əməkdaşlıq sahəsində xeyli təcrübə və dostlar qazandım. Bu sahədə əməyi olan hər kəsə sonsuz təşəkkürlərlərimi bildirirəm. Jurnalist dostlara və fəaliyyətini su sektorunda davam etdirən keçmiş həmkarlara gələcək işlərində uğurlar arzulayıram”, - N.Səfərəliyev deyib.

 

N.Səfərəliyev iqtisadi sahə üzrə ixtisaslaşmış jurnalistdir. O, “Azərsu”dan əvvəl ANS telekanalında və digər KİV-lərdə işləyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər