Modern.az

Ukraynanın itkiləri açıqlandı - 100 min...

Ukraynanın itkiləri açıqlandı - 100 min...

Dünya

16 Mart 2023, 16:48

Ukrayna ötən il fevralın 24-dən bu yana 100 mindən çox itki verib.

 

Modern.az xəbər verir ki, bu barədə "Politico" nəşri ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

 

Məlumata görə, Rusiyadan gözlənilən yeni hücumlar ərəfəsində Vaşinqton Ukraynada silah-sursat ehtiyatlarının və təcrübəli hərbçilərin azalmasından narahatdır.

 

ABŞ rəsmiləri Kiyevi artilleriya mərmilərinə qənaət etməyə və daha dəqiq atəş açmağa çağırıblar. Bu da hər iki tərəfin sursatlarının sürətlə tükəndiyi Baxmutda xüsusi narahatlıq doğurur.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi