Modern.az

Füzuli Ələkbərov cüdoçu qızlara cavab olaraq telefonu söndürdü

Füzuli Ələkbərov cüdoçu qızlara cavab olaraq telefonu söndürdü

Təhsil

2 İyul 2015, 15:54

Yenicə başa çatan I Avropa Oyunlarında  Azərbaycan cüdoçuları uğursuz çıxışları ilə diqqət çəkib. Tatami üzərinə çıxan 18 cudoçumuzdan yalnız Orxan Səfərov uğur qazana bilib.

9 qadın və 9 kişi olmaqla 18 cudoçu arasında Orxan Səfərov gümüş medal qazanıb, digərləri uğursuzluğa düçar olublar..

Modern.az saytı xəbər verir ki, uğursuzluqlarının səbəbləri haqda “Qafqazinfo”ya danışan seçmə komandanın qadın cüdoçuları Cüdo Federasiyanın ünvanına bir sıra ittihamlar səsləndirib, onlara diqqət göstərilmədiyi haqda iddialar irəli sürüblər.

Qadın idmançılar Cüdo Federasiyasının prezidenti Fizuli Ələkbərovun onlara diqqət göstərmədiyini, görüşmədiyini, oyunlardan əvvəl məşqlər üçün şəraitin yaradılmadığını, onlara pul ayrımadığını əsas gətirərək, uğursuzluqlarını ört-basdır etməyə çalışıblar.

Modern.az saytı səsləndirilən ittihamlara qarşı tərəfin münasibətini öyrənmək məqsədilə Cüdo Federasiyasının prezidenti Fizuli Ələkbərovla əlaqə saxlayıb. Telefon zəngimizə cavab verən F.Ələkbərov məsələ ilə bağlı sualımızı dinlədikdən sonra danışmaqdan imtina etdi və bunu bizi tanımaması ilə bağladı.

Sonra isə telefonu söndürdü.

Aytən ZƏHRA

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok