Modern.az

\"Air France\" təyyarəsi təcili Bakıya endi

\

24 Aprel 2024, 18:21

Heydər Əliyev Beynəlxalq Aeroportunda "Air France" aviaşirkətinə məxsus təyyarənin qəza enişi etməsi səbəbindən həyəcan siqnalı elan edilib.

 

Bu barədə Modern.az aeroportun mətbuat xidmətinə istinadən xəbər verir.

 

Osaka-Paris marşrutu ilə hərəkət edən "Boeing 777" hava gəmisi göyərtəsindəki yaranan tüstü səbəbindən Bakı hava limanına qəza eniş sorğusu göndərib.

 

"Aeroportda elan edilən həyəcan siqnalı ilə əlaqədar bütün qəza-xilasetmə xidmətləri hazır vəziyyətə gətirilib. “Air France” aviadaşıyıcısının təyyarəsi Bakı vaxtı ilə saat 16:37-də uğurla eniş edib.

 

Təyyarədə olan 280 sərnişin dərhal təxliyə edilib, insident nəticəsində xəsarət alan olmayıb", - məlumatda deyilir.

 

Bildirilir ki, hazırda hava gəmisinə baxış keçirilir və hadisənin baş verməsinin bütün səbəblərini müəyyən etmək üçün zəruri tədbirlər kompleksi təşkil olunur.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi