Modern.az

Şimali Kiprin parlament sədri Azərbaycana GƏLİR

Şimali Kiprin parlament sədri Azərbaycana GƏLİR

Ölkə

16 May 2024, 10:44

Şimali Kipr Türk Respublikasının parlamentinin sədri Zorlu Töre Azərbaycana səfər edəcək.

 

Modern.az-ın məlumatına görə, parlament sədrinin səfəri iyunun 5-6-nı əhatə edəcək.

 

Zorlu Törenin başçılıq etdiyi nümayəndə heyəti Bakıda keçiriləcək Türk Dövlətləri Parlament Assambleyasının (TÜRK PA) iclasında iştirak edəcək. Daha sonra parlament səviyyəsində görüşlərin keçiriləcəyi planlaşdırılır. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu