Modern.az

Prezidentin xüsusi nümayəndəsi Fransanın sülh prosesinə münasibətini şərh etdi

Prezidentin xüsusi nümayəndəsi Fransanın sülh prosesinə münasibətini şərh etdi

Ölkə

31 İyul 2024, 07:54

“Beynəlxalq ictimaiyyətin, o cümlədən ATƏT-in Minsk qrupunun 29 ildə edə bilmədiyini Azərbaycan özü etdi”.

 

Modern.az-ın məlumatına görə, bu sözləri ABŞ-də səfərdə olan Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov “Hudson” İnstitutunda keçirilən müzakirələr zamanı deyib.

 

Onun sözlərinə görə, əvvəlki illərdə Fransa bərabər münasibət nümayiş etdirməyə çalışsa da, İkinci Qarabağ müharibəsindən sonra iki ölkədən birini tam dəstəkləməyə başlayıb. “Ona görə də, bunlar hazırda müşahidə etdiklərimizin başlanğıc nöqtəsi kimi qəbul olunmalıdır. Fransa bu gün sülh prosesinə ən azından hiss olunacaq şəkildə cəlb olunmayıb. Bu tək Fransa ilə Azərbaycan münasibətləri ilə yox, həm də Azərbaycan və Ermənistanın sülh prosesini birbaşa ikitərəfli formatda aparmaq və yekunlaşdırmaq qərarı ilə bağlıdır”,- deyə Elçin Əmirbəyov əlavə edib.

 

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi bildirib ki, müharibə başlayandan Fransada istər icraedici hakimiyyətin, istər parlamentin 2 palatasının, istərsə də çoxsaylı bələdiyyələrin və digər seqmentlərin ictimai şəkildə ifadə etdiyi mövqe beynəlxalq hüquqa ziddir: “2020-ci ildə 44 günlük müharibədə Azərbaycanın etdiyi ədalətin bərpası idi. Azərbaycan Ermənistanın təxribatlarına cavab olaraq apardığı 44 günlük uğurlu hərbi əməliyyatlar nəticəsində ərazi bütövlüyünü bərpa etdi. Fransanın tək Azərbaycan deyil, həm də beynəlxalq hüquqa qarşı qərəzli mövqeyi anlaşılan deyil. Münasibətlərin korlanmasının əsas səbəbi budur. Ümid edirəm ki, bu mövqe sona yetəcək və Fransa beynəlxalq ictimaiyyətin digər üzvləri kimi regionun yeni reallıqlarını və nəhayət, yeni status-kvonu qəbul edəcək”.

Whatsapp
Bizə yazın!
Keçid et
Komandolar 30 dəqiqəyə düşməni darmadağın edib - ŞOK FAKTLAR