Modern.az

Seçkilər ikinci tura qalacaq - AKP-dən ÖZƏL AÇIQLAMA

Seçkilər ikinci tura qalacaq - AKP-dən ÖZƏL AÇIQLAMA

Parlament

15 May 2023, 12:10

Böyük ehtimalla seçkilər ikinci tura qalacaq.

 

Bunu Modern.az-a açıqlamasında Ədalət və İnkişaf Partiyasının (AKP) deputatı Yunus Kılıç deyib.

 

Ötən gün keçirilən prezident və parlament seçkilərinin nəticələrini şərh edən deputat ölkə xaricində açılmayan seçki qutularının olduğunu bildirib:

 

"Hazırda seçki qutularının 99,99 faizi açılıb.Prezidentimiz Ərdoğan 49,42 faiz səs toplayıb. Kılıçdaroğlunun isə topladığı səs 44,95 faizdir. Xaricdə açılmayan sandıqlar var. Böyük ehtimalla sandıqların açılması da Ərdoğanın 50 faizdən çox səs toplamasına kifayət etməyəcək. Ona görə də seçkinin ikinci tura qalması daha real səslənir".

 

 

Yunus Kılıç hesab edir ki, ikinci turda ən çox səsi Ərdoğan alacaq:

 

"Parlament seçkiləri bitib. Cümhur İttifaqı 320-dən çox millət vəkili ilə parlamentə girəcək. Parlamentdə təmsil olunan vəkillərin sayı 600-dür. Çoxluğu təşkil etmək üçün 300 millət vəkili kifayətdir. Parlamentdə lazımi çoxluq əldə edilib. İkinci turda da vətəndaşlarımız cənab prezidentə səs verəcək. Daha 15 gün çalışacağıq. İkinci turda Ərdoğanın qalib gələcəyinə inanıram".

 

AKP təmsilçisi Cümhur İttifaqının təkcə ölkə müxalifətinə qarşı deyil, dünya güclərinə qarşı mübarizə apardığını vurğulayıb:

 

"Türkiyədə çox ciddi ittifaqlar quruldu. Bəzi qüvvələr bizim daxili işlərimizə müdaxilə etməyə çalışdılar. ABŞ, Almaniya və Fransa ilə yanaşı, digərləri də seçkiyə müdaxilə etməyə çalışdı. Sanki Cümhur İttifaqının qarşısında bütün dünya dayanmışdı. Lakin Türkiyə heç bir ölkənin daxili işinə qarışmır. Bizim yolumuz Mustafa Kamal Atatürkün dediyi kimi, "Yurdda sülh, cahanda sülh"dür. Görürük ki, dünyadakı digər qüvvələr üçün bu belə deyil. Asanlıqla idarə edə biləcəkləri dövlət olması üçün müxalifəti dəstəkləmək yolunu tutdular. Beləliklə, bizim seçkidə mübarizəmiz yalnız daxili müxalifətlə yox, dünyada Türkiyənin müxalifləri ilə oldu. Buna baxmayaraq, millət 20 ildə ölkəyə qazandırdıqlarımızı bildiyi üçün cənab prezidentin arxasında durdu. Biz həm daxili, həm də dünyadakı müxalifətlə mübarizə apardıq. Şükürlər olsun ki, yaxşı nəticə aldıq".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır