Modern.az

Parlament partiyaları seçkilərdə kimi dəstəkləyəcək?

Parlament partiyaları seçkilərdə kimi dəstəkləyəcək?

Parlament

7 Dekabr 2023, 16:42

Azərbaycanda gələn il növbədənkənar prezident seçkiləri keçiriləcək. Bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb. Seçkilər fevralın 7-nə təyin edilib. 

 

Milli Məclisdə təmsil olunan partiyaların seçkilərdə iştirak edib-etməyəcəyi və namizədlərinin kim olacağı maraqlıdır.

 

Milli Məclisdə təmsil olunan Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı Modern.az-a bildirib ki, namizədləri dəyişməz olaraq qalacaq:

 

“Bizim ənənəmiz dəyişilməzdir.  2003-cü ildən bəri bütün prezident seçkilərində biz İlham Əliyevin namizədliyini irəli sürmüşük. Onun qələbə çalması yolunda dəstəkləmişik. Növbəti prezident seçkilərində də bizim namizədimiz İlham Əliyev olacaq. Bununla bağlı yaxın vaxtda partiyanın qurultayı keçiriləcək. Namizədimizi rəsmi şəkildə bildirəcəyik”.

 

Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Fəzail İbrahimli də prezident İlham Əliyevin namizədliyini dəstəkləyəcəyini bildirib:

 

“Mən və partiyanın hər bir üzvü kimi, hesab edirəm ki, hər bir azərbaycanlı kimi Azərbaycanlının suverənliyini bərpa edən şəxsə verəcəyik. Başqa bir şəxsə səs verməyi güman edirəm ki, heç kim düşünə bilməz. Mən bir vətəndaş kimi düşünürəm ki, cənab prezidentə dəstək verməliyik. Siyasi Şuranın qərarı elan olunacaq”.

 

Qeyd edək ki, Azərbaycanda sonuncu dəfə prezident seçkiləri 2018-ci ildə keçirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok