Modern.az

\"Radikal qüvvələrə deyirəm, buyurun, meydan açıqdır\"

\

8 Dekabr 2023, 11:40

“Buradan seçkilərə qarşı çıxan radikal qüvvələrə deyirəm ki, buyurun, meydan açıqdır. Əgər özünüzdə siyasi iradə və güc görürsünüzsə, seçkilərdə iştirak edin”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı bildirib. 


"Gələn ilin Prezident seçkiləri məntiqlidir və Azərbaycan xalqının iradəsinə söykənir. İnanıram ki, xalqımız bu dəfə də yüksək siyasi fəallıqla İlham Əliyevə səs verəcək, növbəti illərdə Azərbaycanı daha da irəliyə aparmaq imkan yaradılacaq”, - o qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək