Modern.az

\"Müxalifət partiyası olaraq, biz bu qərarı dəstəkləyirik” - Fazil Mustafa

\

21 İyun 2024, 11:36

“Milli Məclisə seçkilərlə bu tədbirin (COP29 - red.) eyni vaxta düşməsi seçkilərin keçirilməsini imkansız edir. Bizdə 2 yol qalırdı, ya seçkiləri önə çəkmək, ya da seçkilərin vaxtını uzatmaq. Amma Konstitusiyanın 84-cü maddəsinə görə, ancaq müharibə vəziyyətində seçkiləri uzada bilərdik. Bizdə də, Allaha şükür, müharibə şəraiti yoxdur”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin deputatı Fazil Mustafa deyib. 

 

“Seçkilərin vaxtını uzatmaq Konstitusiya pozuntusu olardı. Bunu kimlərsə spekulayasiya edəcəklərsə, hüquqi savadsızlıqlarını ortaya qoyacaqlar", - o bildirib.

 

Deputat qeyd edib ki, 6-cı çağırış Milli Məclis 3 kataklizm yaşadı:

 

"Birincisi, parlament fəaliyyətə başladığı gün COVİD pandemiyası hökm sürürdü. İkincisi, başıpozuq dəstələr Milli Məclisə hücum etdilər. Üçüncüsü isə 2020-ci ildən 2023-cü ilə qədər Azərbaycan Prezidentinin rəşadətli davranışı torpaqlarımızı işğaldan azad etmənin 1-ci günündən sonuncu gününə qədər ən aktiv iştiak edən dövlət qurumu Milli Məclis olub. Müxalifət partiyası olaraq, biz bu qərarı dəstəkləyirik”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Azərbaycanlı tələbə TRAMPIN vurulmasını lentə aldı