Modern.az

33 saylı dairə: Zahid Oruc və Natiq Cəfərli qarşı-qarşıya

33 saylı dairə: Zahid Oruc və Natiq Cəfərli qarşı-qarşıya

Parlament

16 İyul 2024, 14:32

Prezident İlham Əliyev sərəncamına əsasən, bu il sentyabrın 1-də Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilər keçiriləcək. Mərkəzi Seçki Komissiyası (MSK) bəyan edib ki, namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin müvafiq dairə seçki komissiyalarına təqdim edilməsi səsvermə gününə ən çox 50, ən azı isə 30 günə qalmışa qədər 18:00-dək davam edəcək.

 

Artıq namizədliyi irəli sürülən şəxlərin sənədlərinin təqdim olunması prosesi başlayıb. Proses avqustun 2-si 18:00-da yekunlaşacaq.

 

Modern.az xəbər verir ki, Milli Məclisin bitərəf deputatı, Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Zahid Oruc artıq seçki dairəsini açıqlayıb. Belə ki, o, 33 saylı Xətai Birinci Seçki Dairəsindən namizəd olacaq.

 

"Tariximizdə ilk dəfə, deputatlığa namizədlərin seçki proqramlarında “Ümumilli problem”, “Qarabağ münaqişəsi”, “Qaçqın və məcburi köçkünlər” adlanan bəndlər yer almayacaq”,- deyə Zahid Oruc bildirib.

 

Bununla bərabər REAL partiyasının icraçı katibi Natiq Cəfərli də eyni seçki dairəsindən namizəd olacağını açıqlayıb. Bir müddət əvvəl o, açıqlamasında bu barədə danışıb. "Namizədlik üçün ən uyğun dairə 33 saylı Xətai birinci seçki dairəsi görünür. Bu dairənin 4 ildən çoxdur ki, deputatı yoxdur, kifayət qədər sayda müxalif və azad düşüncəli insanların yaşadığı dairədir", - deyə o qeyd edib.

 

Xatırladaq ki, Mərkəzi Seçki Komissiyası (MSK) dörd il əvvəl 33 saylı Xətai Birinci Seçki dairəsindən daxil olan şikayətlərə baxaraq seçkilərin nəticələri ləğv edib. O zaman sözügedən dairənin lideri namizədi sabiq deputat Hüseynbala Mirələmov olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri