Modern.az

Tural Gəncəliyev Xankəndidən deputatlığa namizəd olacaq

Tural Gəncəliyev Xankəndidən deputatlığa namizəd olacaq

Parlament

19 İyul 2024, 09:43

Milli Məclisin deputatı Tural Gəncəliyev sentyabrın 1-də keçiriləcək parlament seçkilərində yenidən namizəd olacaq.

 

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq deputatın köməkçisi məlumat verib.

 

Məlumata görə, Tural Gəncəliyev yenidən 122 saylı Xankəndi seçki dairəsindən namizədliyini irəli sürəcək.

 

Tural Gəncəliyev 6 mart 1980-ci ildə Şuşa şəhərində anadan olub. O, 2020-ci ildə ilk dəfə Xankəndidən deputat seçilib. Qeyd edək ki, hakim Yeni Azərbaycan Partiyasının (YAP) 122 saylı dairədən namizədi Məmmədov Aqil Kamran oğludur.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rus ordusu Zəngəzura girir: Bölgədə durum dəyişir-