Modern.az

Səfa Mirzəyev İkinci Fəxri xiyabanda DƏFN OLUNACAQ

Səfa Mirzəyev İkinci Fəxri xiyabanda DƏFN OLUNACAQ

Parlament

23 İyul 2024, 10:22

Milli Məclis Aparatının sabiq rəhbəri Səfa Mirzəyev ötən gün vəfat edib.

Modern.az-ın məlumatına görə, mərhumun yas mərasimi Heydər Məscidində keçiriləcək.

S.Mirzəyev bu gün saat 3-də İkinci Fəxri xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, Səfa Mirzəyev 1996-cı ildən 2022-ci il may ayına kimi Milli Məclis Aparatının rəhbəri işləyib.

O, 2022-ci il mayın 12-də yaş həddi ilə əlaqədar təqaüdə göndərilmişdi.

S.Mirzəyev 11 may 2012-ci ildə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif edilib.

11 may 2022-ci ildə dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri