Modern.az

Ermənilərə göndərilən ərzaq məhsullarının həcmi açıqlandı

Ermənilərə göndərilən ərzaq məhsullarının həcmi açıqlandı

22 Sentyabr 2023, 09:53

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) qərarı ilə Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni əhalisi üçün, zəruri ərzaq məhsullarının göndərilməsi nəzərdə tutulub.

 

Modern.az xəbər verir ki, sentyabrın 22-də hər birinin tutumu 20 ton olan iki ədəd yük avtomobilində zəruri ərzaq məhsulları və gigiyenik vasitələr, eləcə də iki ədəd içərisində çörək olan avtomobil Ağdam rayonundan Xankəndi istiqamətinə hərəkət edir. Yük karvanı Ağdam - Xankəndi yolu ilə hərəkət edəcək. Karvan təyinat nöqtəsinə çatdıqdan sonra əhaliyə paylanacaq.

 

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin rəisi Mirəli Feyziyev deyib ki, Qarabağda yaşayan erməni sakinlər üçün bundan sonra da humanitar məqsədli dəstək göstəriləcək:

 

"Bundan sonra da bu kimi humanitar yüklərin göndərilməsi təmin olunacaq”.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri