Modern.az

Bu gün Ağdam Şəhəri Günüdür

Bu gün Ağdam Şəhəri Günüdür

Qarabağ

20 Noyabr 2023, 00:22

 

Bu gün - noyabrın 20-si Ağdam Şəhəri Günüdür.

 

Modern.az xəbər verir ki, Azərbaycanda Ağdam Şəhəri Günü ilk dəfədir qeyd olunur.

 

Prezident İlham Əliyevin bu il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il noyabrın 20-də Ağdam Şəhəri Günü təntənəli şəkildə qeyd ediləcək.

 

Bu əlamətdar günün təsis olunması Ağdam şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Belə ki, bu gün - noyabrın 20-də şəhərin erməni işğalçılarından təmizlənməsindən 3 il ötür.

 

Azərbaycanın Vətən müharibəsində qazandığı parlaq qələbə nəticəsində Ağdam bir güllə atılmadan düşmən tapdağından azad olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər