Modern.az

Paşinyandan Putinə qaşı növbəti demarş...

Paşinyandan Putinə qaşı növbəti demarş...

1 Noyabr 2023, 14:10

Baş nazir Nikol Paşinyan bir müddət öncə yaxın ətrafına deyib ki, o, 2020-ci ilin 10 noyabrında imzalanmış Qarabağa dair atəşkəs bəyanatının 9-cu maddəsindən imtina etmək fikrindədir.

Modern.az-ın məlumatına görə, bu barədə Ermənistanın gündəlik “Hraparak” nəşri yazıb.

Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabr 2020-ci ildə imzaladıqları birgə bəyanatıın 9-cu maddədə belə deyilir:

“Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir”.

“Hraparak” yazır ki, Paşinyan uzun müddətdir ki, bununla bağlı eyhamlar vururdu, amma dünən - 2024-cü ilin büdcə layihəsinin müzakirəsi zamanı o, bunu demək olar ki, açıq mətnlə bildirib.

Baş nazir deyib ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətində xüsusi bölmə yaradılacaq, onun məqsədi rabitənin təhlükəsizliyini təmin etmək olacaq.

“İndi biz Milli Təhlükəsizlik Xidmətinin tərkibində xüsusi bölmənin yaradılması prosesindəyik, onun məqsədi rabitənin təhlükəsizliyini təmin etmək olacaq. Bununla yanaşı, respublika ərazisində rabitə, insanların, yüklərin, malların, nəqliyyat vasitələrinin daşınmasını müşayiət edəcək patrul polisini də işə salmışıq”, - Paşinyan deyib.

Ekspertlərin fikrincə, Paşinyan bununla Zəngəzurdan keçəcək yüklərə də Ermənistan tərəfinin nəzarət edəcəyinə işarə vurub. Bu, o deməkdir ki, Rusiya Zəngəzurdan keçəcək yola nəzarət etməyəcək.

Bu həm də o deməkdir ki, Ermənistan Zəngəzurda dəhliz yox, adi yol açmağı planlaşdırır.

Ekspertlər bunu Nikol Paşinyanın Rusiyaya qarşı növbəti demarşı kimi də qiymətləndirirlər.

A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri