Modern.az

Rusiyanın dövlət saytlarına kiberhücum edildi

Rusiyanın dövlət saytlarına kiberhücum edildi

Aktual

26 Fevral 2022, 21:04

Rusiyanın dövlət saytlarına davamlı olaraq kiberhücumlar edilib.

 

Modern.az yerli KİV-lərə istinadən xəbər verir ki, hazırda Kremlin, Dövlət Dumasının, Təhlükəsizlik Şurasının və digər dövət qurumlarının saytları açılmır.

 

Məlumatı Kremlin sözçüsü Dmitri Peskov da təsdiqləyib. O bildirib ki, daim hücumlar edilir, internet səhifələri tez-tez donur.

 

Qeyd edək ki, bəzi haker cəmiyyətləri Ukraynaya hücuma görə Rusiyaya qarşı kibermüharibə elan etdiklərini açıqlayıblar.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı