Rusiya Silahlı Qüvvələrinin Ukraynaya atdığı “İsgəndər” raketi zərərsizləşdirilib.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Bildirilib ki, Vinnitsk vilayətində “İsgəndər” kompleksindən buraxılmış raket məhv edilib və bununla da böyük dağıntının qarşısı alınıb.
Qeyd edək ki, Rusiya fevralın 24-də Ukraynaya qarşı hərbi əməliyyatlara başlayıb. Müharibə dövründə Rusiyanın bir neçə dəfə “İsgəndər” raketindən istifadə etdiyi bildirilir.