Modern.az

İranla Yunanıstan arasında gəmi QALMAQALI

İranla Yunanıstan arasında gəmi QALMAQALI

Aktual

25 May 2022, 22:14

İran hökuməti Yunanıstana etiraz notası verib.

 

Modern.az xəbər verri ki, Yunanıstan sularında İran İslam Respublikası bayrağı altında üzən yük gəmisi ələ keçirilib. Bu səbəbdən Yunanıstanın Tehrandakı səfirliyinin müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb.

 

Diplomata etiraz notası təqdim olunub. Notada İran bayrağı altında üzən gəminin ələ keçirilməsinin beynəlxalq piratçılıq olduğu bildirilib. Diqqətə çatdırılıb ki, məsuliyyət Yunanıstan hökumətinin üzərinə düşür.

 

“İran Yunanıstan hökumətindən beynəlxalq öhdəliklərə əməl edilməsini gözləyir”, - XİN-in yaydığı məlumatda deyilir.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı