Modern.az

Rusiyada məktəbdə ölənlərin sayı 17-yə çatdı - YENİLƏNİB

Rusiyada məktəbdə ölənlərin sayı 17-yə çatdı - YENİLƏNİB

Aktual

26 Sentyabr 2022, 23:49

Rusiyanın İjevsk şəhərində yerləşən orta məktəbdə törədilən terror hücumu zamanı ölənlərin sayı 17-yə çatıb.

 

Modern.az xəbər verir, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

 

Bildirilir ki, silahlı atışma nəticəsində 11-i uşaq olmaqla 17 nəfər həlak olub, 20 nəfər yaralanıb.

 

***

17:28

 

Rusiyanın İjevsk şəhərində yerləşən 88 saylı orta məktəbdə baş vermiş atışma nəticəsində ölənlərin sayı 11-i uşaq olmaqla 15 nəfərə çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

 

Bildirilib ki, silahlı insident zamanı 22 uşaq olmaqla 24 nəfər xəsarət alıb.

 

Xatırladaq ki, faciə ilə əlaqədar Udmurtiyada sentyabrın 29-dək matəm elan edilib.

 

***

 

İjevskdə orta məktəbdə baş vermiş atışmada 5-i uşaq olmaqla 9 nəfər ölüb.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

 

Faktla bağlı cinayət işi açılıb, İstintaq Komitəsinin Mərkəzi Aparatı tərəfindən araşdırma aparılır.

 

***

12:00

 

Rusiyanın İjevsk şəhərində yerləşən 88 saylı orta məktəbdə atışma olub.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə yerinə təcili tibbi yardım briqadaları göndərilib.

 

İlkin məlumata görə, silahlı insident zamanı 7 nəfər həlak olub, 10 nəfər isə yaralanıb. Ölənlərdən 3 nəfəri məktəbli, biri isə cinayətkarın özüdür.

 

Atışma dərs zamanı başlayıb. Qara geyimli naməlum şəxs sinif otağına girərək uşaqlara atəş açıb. Silahlı şəxs daha sonra özünü güllələyərək öldürüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı