Modern.az

Zidan partlayışın qurbanı oldu

Zidan partlayışın qurbanı oldu

Dünya

12 Aprel 2016, 17:30

Bu gün Livanın Sidon şəhəri yaxınlığında yerləşən fələstinlilərin qaçqın düşərgəsində güclü partlayış baş verib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, FƏTH hərəkatının “Zorro” ləqəbli lideri Fathi Zidan partlayışın qurbanı olub.  Partlayış zamanı Zidanın 4 mühafizəçisi də xəsarət alıb.

Livan xüsusi xidmət orqanları FƏTH liderinin maşınına bomba yerləşdirildiyini güman edirlər.

Faktla bağlı araşdırma aparılır.  

Vüqar İsmayılov

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı