Modern.az

Bakıda “Eurovision-2012”nin keçiriləcəyi tarix bəlli olub

Bakıda “Eurovision-2012”nin keçiriləcəyi tarix bəlli olub

Country

24 May 2011, 17:54

Azərbaycanın ev sahibliyi edəcəyi “Eurovision-2012” manhı müsabiqəsinin keçiriləcəyi tarix bəlli olub. Modern.az saytının İctimai Televiziyaya istinadən verdiyi məlumata görə, “Eurovision-2012” mahnı müsabiqəsi mayın 22, 24 və 26-da keçiriləcək. Mayın 22-də birinci yarımfinal,  24-də ikinci yarımfinal baş tutacaq.  Müsabiqənin final mərhələsi isə mayın 26-da olacaq.

Hazırda müsabiqənin keçirilməsinə hazırlıq prosesi davam edir.

Azərbaycan Prezidenti İlham Əliyev bir neçə gün öncə “Eurovision-2012” mahnı müsabiqəsinin Bakı şəhərində keçirilməsi haqqında sərəncam imzalayıb. Həmin sərəncama əsasən, 2012-ci ilin may ayında Bakı şəhərində “Eurovision-2012” mahnı müsabiqəsinin keçirilməsi üzrə Təşkilat Komitəsi yaradıləb.  Təşkilat Komitəsinə YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva rəhbər təyin edilib.

Təşkilat Komitəsinin üzvləri isə aşağıdakı şəxslərdir:

Elmar Məmmədyarov -Azərbaycan Respublikasının
xarici işlər naziri
Ramil Usubov –Azərbaycan Respublikasının daxili
işlər naziri
Şahin Mustafayev –Azərbaycan Respublikasının
iqtisadi inkişaf naziri
Əbülfəs Qarayev –Azərbaycan Respublikasının
mədəniyyət və turizm naziri
Əli Abbasov –Azərbaycan Respublikasının rabitə
və informasiya texnologiyaları naziri
Azad Rəhimov –Azərbaycan Respublikasının
gənclər və idman naziri
Hacıbala Abutalıbov –Bakı Şəhər İcra Hakimiyyətinin başçısı
Cahangir Əsgərov –“Azərbaycan Hava Yolları” Qapalı
Səhmdar Cəmiyyətinin prezidenti
Etibar Pirverdiyev –“Azərenerji” Açıq Səhmdar
Cəmiyyətinin prezidenti
Baba Rzayev –“Bakıelektrikşəbəkə” Açıq Səhmdar
Cəmiyyətinin sədri
İsmayıl Ömərov –Azərbaycan Respublikasının İctimai
Televiziya və Radio Yayımları Şirkətinin
baş direktoru
Əli Əsədov –Azərbaycan Respublikası Prezidentinin
İqtisadi məsələlər üzrə köməkçisi
Fatma Abdullazadə –Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının Humanitar
siyasət məsələləri şöbəsinin müdiri.

Təşkilat Komitəsi “Eurovision–2012” mahnı müsabiqəsinin təşkili və keçirilməsi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirməli, Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı