Dekabr 21-də dünya tarixində əhəmiyyətli iz qoymuş bir sıra məşhur insanların doğum və fani dünyaya əlvida dediyi gündür..
Bu gün gürcü əsilli sovet siyasi xadimi İosif Stalin ad günüdür (1879-cu il). Ruhani akademiyasının keçmiş tələbəsi olan İosif Cuqaşvili (Stalin) SSRİ-nin ən amansız rəhbəri kimi tarixə düşüb. 30-cu illər repressiyalarının ilhamvericisi olan Stalin 2-ci Dünya Müharibəsində Almaniya üzrində qələbəsi ilə dünyada sovetlərin hegemonluğuna yol açdı...
Dekabrın 21-i Azərbaycanın görkəmli tarixçi alimi, şərqşünas, Sovet İttifaqı Qəhrəmanı Ziya Bünyadovun da ad günüdür.
O, Xilafət və Azərbaycanın VII-XIII əsrlər tarixinin tədqiqatçilarından biridir. Z.Bünyadov alban tarixçisi M.Qoşun "Alban xronikası" əsərini 1960-cı ildə ingilis dilindən, Ə.Bakuvinin "Abidələrin xülasəsi və qüdrətli hökmdarın möcüzələri" əsərini 1971-ci ildə və Nəsəvinin "Sultan Cəlaləddin Mankburinin həyatının təsviri" əsərini 1973-cü ildə ərəb dilindən rus dilinə tərcümə edib.
1981-ci ildən isə Şərqşünaslıq İnstitunun direktoru, 1990-cı ildə Azərbaycan EA-nın vitse-prezidenti seçilib. Milli Məclisin deputatı idi. Z.Bünyadov öz çıxışlarında dəfələrlə həyasız və saxtakar erməni tarixcilərinin yalançı iddialarını faklarla ifşa edib.
Ziya Bünyadov “Qırmızı bayraq”, “Aleksandır Nevski”, “2-ci dərəcəli Vətən müharibəsi”, “Qırmızı ulduz” ordenləri və medallarla təltif edilmişdi.
1997-ci il fevral ayının 21-də nəməlum cinayətkarlar tərəfindən vəhşicəsinə qətlə yetirilib. Yeni Azərbaycan Partiyasının yaradıcılarından olub.
Dekabrın 21- həmçinin Gürcüstan preizdenti Mixail Saakaşvilinin ad gündür (1967-ci il). O, 2003-cü ilin oktyabrında baş vermiş Qızılgül inqilabının əsas ideya müəllifi olub və 15 yanvar 2004-cü ildə ümumxalq səsverməsinin nəticələrinə əsasən Gürcüstan Respublikasının prezidenti seçilib.
5 yanvar 2008-ci ildə növbədənkənar seçkilərdə qələbə qazanaraq 2-ci dəfə bu etimada layiq görülüb.
21 dekabr tarixi Türkmənistanın anlaşılmaz prezidenti Saparmurat Niyazovun vəfat etdiyi gündür (2006-cı il). “Türkmənbaşı” deyə çağrılan Saparmurat öz qəribəlikləri ilə zaman-zaman dünyanı heyrətə salırdı.
21 dekabr tarixi həmçinin SSRİ-nin Əfqanıstanı işğal etdiyi gündür. “Əfqanıstanda sosializm qurmaq” Sovet İttifaqına baha başa gəldi. Brejnev SSRİ Müdafiə naziri Ustinovla telefon zəngində “Dima sən axı söz vermişdin bu müharibə tez qurtaracaq.. Bəs nə oldu? Axı orada uşaqlar qırılır”sözləri indi həmin müharibənin necə mənasız və ucuz olduğunu göstərir.
Modern.az