Modern.az

Zeynəb Xanlarovanın məscid tikdirməsi məsələsinə aydınlıq gətirildi

Zeynəb Xanlarovanın məscid tikdirməsi məsələsinə aydınlıq gətirildi

Təhsil

12 Aprel 2013, 14:24

“Mətbuatda bir az yalnış məlumat gedib ki, Zeynəb Xanlarova məscid tikdirib. Əslində isə  Zeynəb xanım məscid tikdirməyib. Sadəcə məscidin tikintisinə köməklik göstərib”.

Bunu Modern.az saytına xalq artisti Zeynəb Xanlarovanın köməkçisi Maral Hüseynova deyib.  Onun sözlərinə görə millət vəkilinin özü də hansı məscidin tikintisinə köməklik etdiyini bilmir.

“ Məscidin tikintisi zamanı materiallarının alınmasında və s. Zeynəb xanım köməklik edib. Hansı məscidin olduğunu da dəqiq deyə bilmərəm. Yəqin ki, adını özü də bilməyəcək. Çünki oğlu vasitəsi ilə yardım edib materialları göndərib. Yardım etmə məsələsi hardasa 5-7 ilin söhbətidir. Məscidi Zeynəb Xanlarova sözgəlişi deyib. Onun camaatdan narazılığı olmayıb. Həmişə hörmət edib, əvəzində hörmət də görüb”. 

Xalq artistinin  köməkçisi eyni zamanda həbs edilmiş ilahiyyatçı Tale Bağırova qarşı ittihamlarda müğənninin adının hallanmasına da münasibət bildirib:

“O, bu hadisələrlə tutulan şəxsin əlaqəli olduğuna inanmır. Zeynəb xanım yanlış xəbərin əleyhinədir ki, deyirlər millət vəkilinin bağ evini yandırıblar. Yanğın hadisəsi-filan olmayıb. Heç kim Zeynəb xanımın evini yandırmaq istəməyib. Sadəcə olaraq bir necə anormal adam özlərini göstərmək üçün harasa nə isə atıblar və bir-ikisi də bizim bağa düşüb. Həmin şüşələr Zeynəb xanımın evinin qarşısına, yəni həyətə küçə tərəfdən atılıb. Başqa bir hadisə olmayıb”.

Xatırladaq ki, ötən gün Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğunun mətbuat xidmətləri birgə məlumat yayıb. Məlumatda aprelin 2-də naməlum şəxslərin Nardaran qəsəbəsində yerləşən, xalq artisti Zeynəb Xanlarovaya məxsus bağ evinin qarşısında avtomat silahdan atəş açaraq yandırmaq məqsədilə onun həyətinə içərisinə yandırıcı maye doldurulmuş şüşə qablar atdıqları bildirilir. Qeyd eolunur ki, həmin şəxslər vətəndaş Rafiq İbrahimovun bağ evinin həyətinə də yandırıcı qablar atıblar, divarlara "Taleh Bağırova azadlıq!" sözləri yazıblar.

Z.Xanlarova isə mediaya açıqlamasında bu hadisələrdə onun adının hallandırılmasına sərt şəkildə etiraz edib

Şahanə RƏHİMLİ

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı