Modern.az

Bakıdakı parad İrəvanı QORXUTDU: Ermənilər parada hazırlaşırlar

Bakıdakı parad İrəvanı QORXUTDU: Ermənilər parada hazırlaşırlar

Təhsil

27 İyun 2013, 13:53


Azərbaycan Silahlı Qüvvələrinin dünənki paradı Ermənistanda ciddi rezonans doğurub. Modern.az erməni KİV-lərinə istinadən bildirir ki, 28 iyunda Ermənistan Hava Hücumundan müdafiə qüvvələrinin, aviasiya texnikasının nümayişi  keçiriləcək.

Bu barədə  Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Arçun Hovannisyan “Novosti-Armenii” agentliyinin əməkdaşına açıqlamasında bildirib.

 “Sabah səhər 09:00-da “Erebuni” aerodromunda Ermənistanın Hərbi-Hava Qüvvələrinin yaradılmasının 21 illiyi münasibətilə hərbi aviasiyanın nümunəvi çıxışları və Ermənistan Hava Hücumundan Müdafiə Qüvvələrinin, aviasiya texnikasının nümayişi olacaq”-deyə Hovannisyan fikirlərini tamamlayıb.  

Bu gün səhərdən İrəvan səmasında hərbi vertolyotlar dövr eləyirlər. MN keçiriləcək bayram tədbirilə əlaqədar son məşqlərin keçirildiyini bildirib.

V.İsmayılov  
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı