Modern.az

Rasim Musabəyov da Nərimanovun külünün Bakıya gətirilməsini istədi

Rasim Musabəyov da Nərimanovun külünün Bakıya gətirilməsini istədi

Təhsil

2 Sentyabr 2013, 15:12

“Nəriman Nərimanovun məzarı Kreml divarındadır. Məgər Kremlin divarlarını sökürlər?!”. Bunu Modern.az-a açıqlamasında millət vəkili Rasim Musabəyov deyib. O, Nəriman Nərimanovun məzarının köçürülməsi ilə bağlı məsələyə münasibət bildirərkən bildirib:

“Mənim bildiyimə görə, Nəriman Nərimanovun külü Kremlın divarında dəfn olunub. Kremldə məzarlığı dəfn etmək istəyirlərsə və o divarda yerləşdirilən bütün cəsədlərin qalıqlarını ordan yığışdıracaqlarsa, Nəriman Nərimanovun nəşini Azərbaycana mütləq gətirmək lazımdır”, – deyə millət vəkili vurğulayıb.

Namidə BİNGÖL  
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı