Modern.az

Müsavatla “El” arasında danışıqlar gedir

Müsavatla “El” arasında danışıqlar gedir

Təhsil

6 Mart 2014, 12:28


“Müsavat Partiyası ilə danışıqlar gedir. Hələ ki konkret nəticəyə gəlinməyib”. Bunu Modern.az-a “El” Hərəkatı Ali Məclisinin sədri Eldəniz Quliyev deyib. O, qeyd edib ki, danışıqlardan müsbət nəticə əldə edilərsə, Müsavat Partiyası ilə saziş imzalana bilər: “İndiki vəziyyətdə bir söz demək olmaz. Danışıqlar yekunlaşandan sonra hər şey aydın olacaq”.

E.Quliyev yaradılacaq “Düşüncə Mərkəzi” barədə müsbət fikirdə olduğunu bildirib: “Əsas odur ki, düşünülmüş addımlar ataq. Millətin, demokratiyanın taleyi barədə düşünənlərin olması vacibdir. Bu, hansısa mərkəzdən ibarət olamaya da bilər. Həmin mərkəzə dəvət etsələr, gedərəm. Həmişə çalışmışam ki, birlik olsun. Amma bu da partiyaların bölünməsidirsə, əlbəttə, buna qarşı çıxacam”.

İlkin PİRƏLİ

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı