Modern.az

Krımda partizan müharibəsi başlaya bilər

Krımda partizan müharibəsi başlaya bilər

تحصیلات

12 Mart 2014, 17:03

Ukraynanın keçmiş baş naziri, “Batkivşina” Partiyasının lideri Yuliya Timoşenko Rusiyanın Krımı işğalı nəticəsində partizan müharibəsinin başlayacağını planlaşdırır: “Bunun nəticəsi bilavasitə partizan müharibəsinə gətirib çıxara bilər. Bu, Krımı əsl qaynar nöqtəyə çevirəcək. Əgər Putin Krıma qarşı bu cür vasitədən istifadə edəcəksə,  onda harada dayanacaq? Biz heç vaxt Ukraynanın geniş ərazisində ı vəziyyətin gərginləşdirilməsinə imkan verməyəcəyik. Bu, ağlagəlməz münaqişəyə çevrilə bilər”.

Modern.az saytı bildirir ki, Timoşenko bunu xarici agentliklərdən birinə müsahibəsində deyib. Onun sözlərinə görə, Rusiyaya qarşı tətbiq olunan beynəlxalq tədbirlər perspektivli deyil. O, Avropada yeni qaynar nöqtənin yaranmaması üçün demokratik dünyanı yubanmadan fəaliyyətə çağırıb.

Ukraynanın keçmiş baş naziri bir daha vurğulayıb ki, Rusiyanın Krım yarımadasını ələ keçirməsi bütün region üçün uzunmüddətli problemə çevrilə bilər.

 

Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı