Modern.az

Kamal Abdulla vəzifəsindən azad edildi

Kamal Abdulla vəzifəsindən azad edildi

Eğitim

12 Mart 2014, 17:11

AMEA-nın müxbir üzvü Kamal Abdulla AMEA Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi vəzifəsindən azad edilib.

AMEA-nın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Akademiyanın Rəyasət Heyətinin bu gün keçirilən iclasında RH-nin qərarı ilə K. Abdullanı Akademiyanın müxbir üzü Teymur Kərimlinin əvəz edəcəyi açıqlanıb.

Ölkə prezidenti tərəfindən Kamal Abdullanın Dövlət Müşaviri vəzifəsinə təyin edilməsindən sonra Rəyasət Heyəti belə bir qərar qəbul etdiyi açıqlanıb.

Xatırladaq ki, bir neçə gün öncə Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə Bakı Slavyan Universitetinin rektoru Kamal Mehdi oğlu Abdullayev vəzifədən azad olunub.

 

 

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı