Modern.az saytı apa-ya istinadən xəbər verir ki, bu gecə Bakının Suraxanı rayonu ərazisində, Zığ şossesində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Mercedes Gelandewagen və VAZ-2106 markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər ölüb, bir neçə nəfər yaralanıb.VAZ-2106-da sürücü, onun həyat yoldaşı, iki övladı, eləcə də, atası və anası olub.Qəza nəticəsində sürücünün anası və bir övladı həlak olub, özü, həyat yoldaşı, atası və digər övladı xəsarət alıb.
Xəsarət alanlardan ikisi 3 saylı Şəhər Klinik Xəstəxanasına, qalanları isə Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib. Yaralılardan hələlik ikisinin şəxsiyyətini dəqiqləşdirmək mümkün olub. Bunlar sürücünün atası, 1950-ci il təvəllüdlü Abdullayev Ağasəlim Sahib oğlu və sürücünün həyat yoldaşı, 1984-cü il təvəllüdlü Səadət Abdullayevadır.

Modern.az