Modern.az

Təhsil Nazirliyi Modern.az-ın qaldırdığı məsələni müzakirə etdi

Təhsil Nazirliyi Modern.az-ın qaldırdığı məsələni müzakirə etdi

Təhsil

8 Aprel 2014, 12:03

Təhsil Nazirliyi mart ayı ərzində nazirliyinə ünvanlanan sorğularla bağlı tədbir keçirib. Modern.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehovun sözlərinə görə, müraciətlərin bir qismi düzgün ixtisas seçimi ilə bağlıdır. “Bəzi tələbələr düzgün ixtisas seçmədiyinə görə problemlər üzə çıxır. Universitetə qəbul olan tələbələrin əksəriyyəti ixtisas dəyişməsi ilə bağlı bizə müraciət edirlər. Buna görə də Təhsil Nazirliyində “İxtisas seçimi uğurlu kampaniyanın başlanğıcıdır” adlı kampaniyaya başlayır.

C. Valehov onu da əlavə edib ki, yaşı 100-dən yuxarı məktəbin təqdimatına start verilir. “Artıq qırx belə məktəb müəyyənləşdirmişik. Məsələn, Qəbələnin 1 nömrəli orta məktəbi 1882-ci ildə yaradılıb. Təhsil Nazirliyi rayon icra hakimiyyətləri ilə birlikdə təbliğat-təşviqat kampaniyasına başlaycağıq. Bu gündən etibarən Təhsil Nazirliyi ilə AFFA arasında yarışlar başlayır. Təhsil Nazirliyində istər özəl istərsə də dövlət ali məktəbləri yarışacaq”.

Təhsil Nazirliyinin tədris resursları şöbəsinin müdir müavini Əsgər Quliyev isə orta məktəbdəki gündəlik məsələsinə toxunub. O, qeyd edib ki, gündəlikdə Azərbaycan milli mətbuatının yaranma tarixinin yanlış göstərilməsi texniki qüsurdur.

“Bilirik ki, Həsən bəy Zərdabinin Azərbaycan mətbuatındakı xidmətləri əvəzolunmazdır. Sadəcə gündəlik çap olunanda Təhsil Nazirliyi ilə razılaşdırılmayıb. Razılaşdırılsaydı, belə texniki səhv də olmazdı. Həmçinin dəftərlərin üstündə hansısa müğənninin aktrisanın şəkilləri olur. Bununla bağlı da bizə müraciət edirlər. Xatırladım ki, bu cür hallara görə Təhsil Nazirliyi məsuliyyət daşımır”.

Qeyd edək ki, orta məktəb şagirdlərinin bu ilki dərs ili müddətində istifadə etdikləri “Məktəbli kitabçası”nda (gündəlik) ciddi səhvə yol verilib. Belə ki, “Gündəlik”lərdə milli mətbuat günü, yəni “ Əkinçi” qəzetinin yaranma tarixi 22 iyul deyil, 22 iyun kimi göstərilib.  Bu məsələni Modern.az aşkarlayıb nazirlik qarşısında qaldırmışdı.

Namidə Bingöl

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı