
Bir müddət öncə Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədri Füzuli Rzaquliyevin cəbhəboyu hərbi hissələrdə keçmiş döyüşçülərə hərbi xidmət keçmələri üçün müvafiq dövlət strukturlarının icazə verməsiylə bağlı müraciət etdiyi barədə məlumat vermişdik.
Onun müraciəti Müdafiə Nazirliyi tərəfindən yüksək qarşılanmışdı. Maraqlıdır, hazırda keçmiş döyüşçülərdən xidmətə gedənlər varmı?
Modern.az saytına açıqlamasında F.Rzaquliyev bildirib ki, ümumi olaraq çağırışları müsbət qarşılansa da, müraciətə konkret cavab almayıblar:
“Hələ bizə müsbət yöndə bir cavab gəlməyib. Bizim döyüş bölgəsində olan şöbələrimizin üzvləri, veteranlarımız fəaldırlar. Hər an hərbi xidmətə hazırdırlar. Onu da deyim ki, döyüş bölgələrində hər gün atışmadır. Yenə də əsgərlərimiz yaralanır, şəhid olur. Biz hazırıq, əmr gözləyirik”.
Ulduz İBRAHİMOVA