Azərbaycan Yazıçılar Birliyi ilə Diasporla iş üzrə Dövlət Komissiyasının ortaq layihəsi olan litdiaspora.az saytının təsis etdiyi “Səməd Behrəngi” ədəbi mükafatına dəyişiklik edilib. Müsabiqədə Bütöv Azərbaycan, bütövlük ideyaları işıqlandırmaq şərti ilə beş nominasiyada qaliblər müəyyən ediləcək.
Müsabiqənin təşkilat komitəsindən Modern.az-a verilən məlumata görə, müsabiqəyə bir nominasiya da əlavə edilib. Belə ki, müsabiqəyə bundan sonra Cənubi Azərbaycan və Bütöv Azərbaycan ideologiyası istiqamətində yazılan kitablar da göndərilə bilər. Kitablar həm bədii roman. Həm də elmi araşdırma səpkisində qəbul olunur.Qeyd edək ki, may ayının 15-də müsabiqəyə əsər qəbulu başa çatır.
Elmin Nuri