ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Azərbaycanın işğal altında olan bölgələrinə səfər edib. Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, ATƏT nümayəndəsi səfər çərçivəsində işğal altındakı torpaqlarda yaradılmış separatçı Dağlıq Qarabağ rejiminin “prezidenti” Bako Saakyanla görüşüb.
Görüşdə ATƏT rəsmisi bir daha Qarabağ münaqişəsi ilə bağlı qərəzli və işğalçılq siyasətinə haqq qazandıran bir müzakirə aparıb. Erməni KİV-nin yazdığına görə danışıqlar əsnasında münaqişə tərəfi kimi Azərbaycan və qondarma qurum göstərilib və problemin həlli yolları müzakirə edilib.
Aqşin Kərimov