Modern.az

Bakıda müəllimlər aksiya keçirir - Təhsil Nazirliyi araşdırma aparacaq

Bakıda müəllimlər aksiya keçirir - Təhsil Nazirliyi araşdırma aparacaq

Təhsil

22 May 2014, 13:06



“Təhsil Nazirliyinə hələ ki bununla bağlı məlumat daxil olmayıb. Mən bilmirəm orada nə olub, bəlkə heç hadisə olmayıb. Araşdırma aparacağıq”.
Bunu Modern.az-a açıqlamasında Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov deyib.  

Qeyd edək ki, Nəsimi rayonunda yerləşən Texniki-Humanitar Liseydə müəllimlər aksiya keçirir. Aksiya müəllimlərin məvaciblərinin düzgün və vaxtında verilməməsi ilə əlaqədardır. Müəllimlər həmçinin şagirdlərin liseydən uzaqlaşdırılmasına da qarşı çıxırlar.  


Misranə Həsənzadə
 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı