ABŞ prezidenti Barak Obama Suriyadakı İŞİD hədəflərinə təşkil edilən hava hücumunlarına dəstək verən ərəb ölkələrinin nümayəndələri ilə bir araya gəlib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş məclisinin 69-cu sessiyasında iştirak üçün Nyu-Yorkda olan Ağ Ev rəhbəri Barak Obama, Suriyadakı hava hücumlarında iştirak edən Bəhreyn, Səudiyyə Ərəbistan, Qatar, İordaniya və Birləşmiş Ərəb Əmrliklərinin nümayəndələri ilə görüşüb. Görüşə keçən ay vəzifəsinə başlayan İraqın baş naziri Heydər əl-İbad da qatılıb.Obama, İŞİD hədəflərini vurmaqda köməkçi olduqları üçün ölkə nümayəndələrinə təşəkkür edib.
Digər tərəfdən ABŞ-ın Dövlət Departamenti İŞİD hədəflərini vurmaq üçün əvvəlcədən Suriya rejiminə xəbərdarlıq edildiyi məlumatının yalan olduğunu bilidirib.
Rüfanə GÜNƏŞ